Azərbaycan Boks Mərkəzində
keçirilən respublika birinciliyinə yekun vurulub. Gənc boksçular arasında təşkil
olunan yarışda 10 çəki dərəcəsi üzrə 183 dəri əlcək ustası mübarizə aparıb.Klubumuzun yetirmələrindən
49 kq-da çıxış edən Rəşid Hüseynov yalnız final görüşündə məğlub olub və gümüş
medala layiq görülüb. İsmət Əbdülrəhmanov (49 kq) və Elturan Babayev (+91 kq)
isə ölkə birinciliyininbürünc medallarını əldə ediblər.