Türkiyənin Antalya şəhərində
Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil edilən və sayca 3-cü olan G1
kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turniri davam edir.”Neftçi İdman Klubu”nun gənclərdən
ibarət yığmanın heyətində yer almış taekvondoçusu Əliəsgər Əliyev (68 kq)
medala sahib olub. O, yalnız yarımfinalda məğlub olaraq turnirin bürünc
medalına layiq görülüb. Böyüklər arasında isə eyni uğuru Məmmədalı Quliyev (58
kq) təkrarlayıb.