“Neftçi İdman Klubu”nun
taekvondoçuları Türkiyədə keçirilən yarışlarda uğurlarını davam etdirirlər.
“Turkish Open” beynəlxalq turnirinin ardından 4-cü klublararası Avropa
çempionatında ölkəmizi təmsil edən idmançılarımız yarışın ilk günündə 3 medala
yiyələniblər. Taekvondoçularımızdan Zəlimxan Rəşidov (58 kq) qitə çempionatının
qızıl medalını qazanıb. BirinciAvropa Oyunlarının qalibi
Ayxan Tağızadə (68 kq) və Namaz Heydərov (74 kq) isə gümüş medala sahib
olublar.Xatırladaq ki, bundan öncə
Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil olunan “Turkish Open” beynəlxalq
turnirində klubun yetirmələri daha 2 medal qazanmışdılar.