“Sərhədçi” İdman Olimpiya Mərkəzində
keçirilən gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan
birinciliyi sona catıb. Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 132 gənc
pəhləvan qüvvəsini sınayıb.Klubumuzun
yunan-Roma güləşçilərindən 9-u ölkə birinciliyinin mükafatına sahib olub.
Onlardan Seymur Hüseynov (50 kq), Rasim Əliyev (55 kq), Zubair Dibirov (74 kq)
və Elton Vəzirzadə (84 kq) bütün rəqiblərini məğlub edərək çempionluğu bayram ediblər.
Mehrac Kərimov (74 kq) gümüş, Elşad Məmmədov, Ziyad Zeynalov (hər ikisi 50 kq),
Arif Niftullayev (84 kq) və Aslan Talıbov (125 kq) isə bürünc medala layiq görülüblər.