Bakı İdman Sarayında
“Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında kikboksinq üzrə
XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçirilib. Üç
gün davam edən yarışlarda 30 rayonda fəaliyyət göstərən 45 idman təşkilatını təmsil
edən 600-ə yaxın kikboksçu qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun kikboksçularından
Sənan Qulubəyov, Amin Quliyev, Ümid Ağayev, Kənan Quliyev, Ülvi Hacıyev,
Qiyas Şahmərdanov, Anar Məmmədov, Bəybala Quliyev, Elşad Ələsgərov, Çingiz Əhmədzadə,
Suad Səlimova və Fəridə Məlikzadə Azərbaycan çempionu adını qazanıblar.