Fevralın 17-də Şağan Olimpiya İdman Kompleksində
startı verilmiş sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan
çempionatına yekun vurulub. Yarışa paytaxt və bölgələrdən 500-ə yaxın samboçu
qatılıb.”Neftçi İdman Klubu”nun yetirmələri bütün yaş
qrupları üzrə aşkar üstünlükləri ilə seçiliblər. Elə bunun nəticəsidir ki, böyük
əzmlə çalışan samboçularımız ümumilikdə ölkə birinciliyinin 37 medalına (14
qızıl, 9 gümüş və 14 bürünc) sahib olublar. Yeniyetmələr arasında Sabir Ağayev
(48 kq), Bahadur Əkbərov (65 kq), Əli Nəzərli (75 kq), Hüseynəli İsgəndərli (81
kq) və Sənan Hüseynov (87 kq) bütün görüşləri qələbə ilə başa vuraraq yarışın
qalibi adını qazanıblar. Gənclərdən Eyvaz Baxşıyev (52 kq), Fərid Qardaşxanov
(57 kq), Tural Allahverdiyev (62 kq), Elton Quliyev (68 kq), Aslan Mirzəyev (90
kq), kişilər arasında isəAğasif Səmədov (52 kq), Mehman
Xəlilov (57 kq), Heydər Həşimov (62 kq) və Kamran Əsgərov (68 kq) eyni uğura
imza atıblar.