Futbol üzrə Azərbaycan çempionatının Birinci
Divizionunda XV turun oyunları keçirilib.”Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində
Mingəçevirin “Energetik” klubunu qəbul edib. Matç əvvəldən axıra qədər
komandamızın aşkar üstünlüyü şəraitində keçib. Oyunboyu rəqiblərini öz diqtəsi
altında saxlayan ƏfqanTalıbovun yetirmələri gözəl oyun nümayiş
etdirərək “Energetik”i darmadağın ediblər. Belə ki, qarşılaşma “Qaradağ
Lökbatan”ın 7:0 hesablı qələbəsi ilə başa çatıb. Topları rəqib qapısından Aydın
Mustafazadə (6), Emin Mustafayev (39, 66), Raul Yaqubzadə (47), Rüfət Məmmədov (61,
88) və Timur Dadaşov (78) keçiriblər.Bununla da komandamız xallarının sayını 35-ə
çatdırıb və turnir cədvəlində qərarlaşdığı 2-ci pillədə bir qədər də möhkəmlənib.