“Neftçi İdman Klubu”nun uşuçuları Xocalı
soyqırımına həsr olunmuş Şaolin döyüş sənəti idman növü üzrə kiçik yaşlı
yeniyetmələr, yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda
iştirak ediblər. “Dəmir Yumruq” İdman Klubunun təşkil etdiyi açıq birincilikdə
paytaxt və bölgələrdən 16 komandanın tərkibində 170 idmançı yarışıb.Rafət Əsədovun yetirmələri bütün yaş qrupları üzrə yarışda
təmsil olunublar və ümumilikdə 14 medala yiyələniblər. İdmançılarımızdan Kənan
Ağayev (2005, 28 kq), Rahib İbrahimov (2002, 35 kq), Miryaqub Əhədov (2000, 44
kq), İsmayıl Zeynalov (2002, 48 kq), Nihad Zeynalov (1999, 60 kq), Anar Kərimov
(1990, 75 kq) və Polad Kazımov (1999, 80 kq) rəqib tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Məhəmməd Həşimov (2009, 20 kq), Ramal Məmmədli
(2005, 44 kq), Əli Məmmədov (1999, 55 kq), Murad Rüstəmov (2001, 60 kq) və Alim
Kazımov (2001, 65 kq) gümüş, Nihad Quliyevlə (2004, 30 kq) Ziya Məmmədov (2004,
33 kq) isə bürünc medala layiq görülüblər.