Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən
yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını
açıqlayıb.Azərbaycanın sərbəst güləşçilərindən ən yaxşı göstərici
“Neftçi İdman Klubu”nun yetirməsi,ötənilki mundialda
ikinci çempionluğunu qazanan Hacı Əliyevə (61 kq) məxsusdur. O, öz çəkisində
reytinq cədvəlinin birincisidir. Klubun digər təmsilçisi, ötən ay heç bir
yarışda iştirak etməyən Toğrul Əsgərov (65 kq) isə 5-ci sırada qərarlaşıb.