Dünya Güləş Birliyi 2016-cı ilin fevralında
keçirilmiş yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq
siyahısını açıqlayıb.Yeni reytinq cədvəlini “Neftçi İdman Klubu”nun güləşçiləri
üçün uğurlu saymaq olar. Belə ki, idmançılarımızdan 2015-ci ildə Bakıda keçirilən
ilk Avropa Oyunlarının qalibi, Las-Veqasda keçirilən dünya çempionatının qızıl
medalçısı Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, bu mundialın gümüş
medalçısı Rövşən Bayramov (59 kq) isə ikinci sırada yer alıb. Klubun digər
yetirmələri Elvin Mürsəliyev (75 kq), Həsən Əliyev (66 kq) və İslam Abbasov (85
kq) müvafiq olaraq 6-cı, 9-cu və 13-cü pillələrdə qərarlaşıblar.