Futbol üzrə Azərbaycan çempionatının Birinci
Divizionunda XVI turun oyunları keçirilib.”Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində
səfərdə “Bakı” klubunun qonağı olub. Matç əvvəldən axıra qədər komandamızın aşkar üstünlüyü
şəraitində keçib.Komandamız oyunun hər iki hissəsində fərqlənməyi
bacarıb. “Qaradağ Lökbatan”ın birinci hissədəki qolunu 37-ci dəqiqədə Sabir
Allahquliyev vurub. Matçın 77-ci dəqiqəsində isə Elvin İsmayılov fərqlənməyi
bacarıb.Bununla da komandamız xallarının sayını 38-ə
çatdırıb və turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan rəqibi ilə xal fərqini
3-ə endirib.