İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst
və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Yadigar İmam Kuboku” uğrunda
beynəlxalq turnir keçirilib.Klubumuzun idmançıları yeniyetmələrdən ibarət yığma
komandaların tərkibində yarışda ölkəmizi təmsil ediblər. Yunan-Roma güləşçilərimizdən
Ramin Cəfərov (63 kq) və Ülvi Qənizadə (69 kq) yalnız finalda məğlub olaraq
gümüş medala layiq görülüblər.