Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini
açıqlayıb.Sonuncu yarışların nəticələrinə əsasən tərtib edilən
siyahıda “Neftçi İdman Klubu”nun cüdoçusu Elmar Qasımov (100 kq) yenə
birincidir. Onunla bərabər, klubun daha üç idmançısı ilk
onluqda yer alıb. Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 4-cü, Nicat
Şıxəlizadə (66 kq) isə 6-cı pillədə qərar tutub. Klubun digər yetirmələrindən
İlqar Müşkiyev (60 kq) 14-cü, Elxan Məmmədov (100 kq) 19-cu, Məmmədəli Mehdiyev
(90 kq) isə 33-cü sıradadır.Qeyd edək ki, cüdo idman növü üzrə olimpiadaya
lisenziya reytinq xalına əsasən verilir.