“Neftçi İdman
Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında növbəti dəfə
mini-futbol turniri keçirdi. Novruz bayramına həsr olunmuş yarışda 19 komanda
iştirak edirdi.Turnirin keçirilməsində
əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması,
onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də mini-futbolun
kütləviləşməsinə köməklik göstərilməsi və Novruz bayramının təntənəli şəkildə
qeyd edilməsi idi.Yarış
Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman
Kompleksində təşkil olunmuşdu. Martın 14-dən 18-dək davam edən turnirdə
komandalar 4 qrupda mübarizə aparırdılar.Gərgin
mübarizə şəraitində keçən yarışda “Suraxanı Oyl” Əməliyyat Şirkətinin komandası
qalib adını qazandı. “Qaz İxrac” İdarəsi 2-ci, “Neft Daşları” NQÇİ-nin
komandası isə 3-cü yerəçıxdı.Klub
tərəfindən “ən yaxşı oyunçu”, “ən məhsuldar oyunçu” və “ən yaxşı qapıçı”
nominasiyaları üzrə də mükafatlar təsis edilmişdi. Bu nominasiyaların qalibi
adına müvafiq olaraq, Emil Ağayev (“Qaz İxrac” İdarəsi), Rövşən Babayev
(“Suraxanı Oyl”) və Mehman Baxşiyev (“Neft Daşları” NQÇİ) layiq görüldülər.”Neftçi İdman
Klubu” 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandaları kubok, diplom və qiymətli
xatirə hədiyyələri ilə mükafatlandırdı. Nominasıya qaliblərinə də diplom və
hədiyyələr təqdim olundu.