Futbol üzrə Azərbaycan Birinci Divizionunda XVIII tura
start verilib.”Qaradağ Lökbatan” komandası Qazaxda “Göyəzən”in
qonağı olub. Birinci hissədə tərəflərin hesabı açmaq üçün göstərdikləri bütün
cəhdlər nəticəsiz qalıb. Odur ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanmalı
olublar. İkinci hissədə hücumlarının kəsərini bir qədər də artıran
futbolçularımız rəqib qapısına yol tapa biliblər. Belə ki, Rüfət Məmmədov 61-ci
dəqiqədə “Göyəzən”in qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib –
1:0. Matçın 86-cı dəqiqəsində isə Sabir Allahquliyev komandasının ikinci qolunu
vurub. Beləliklə, “Qaradağ Lökbatan” qarşılaşmanı 2:0 hesablı qalibiyyətlə başa vurub.Qazandığı qələbə sayəsində xallarının sayını 42-yə
çatdıran komandamız turnir cədvəlində qərarlaşdığı 2-ci pillədə bir qədər də
möhkəmlənib.