AAAF Park Yaşayış Kompleksinin idman zalında
pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarışa paytaxt və bölgələrdən
100-ə yaxın idmançı qatılıb. Respublikanın ən güclü idmançılarının, Avropa və dünya
çempionlarının qüvvələrini sınadığı çempionat gərgin idman mübarizəsi şəraitində
keçib.”Neftçi İdman Klubu”nun 67,5 kq çəki dərəcəsində
mübarizə aparan pauerliftinqçisi Pərviz Quliyev 112,5 kq ağırlığın öhdəsindən gələrək
bürünc medala sahib olub.Qeyd edək ki, çempionat aprelin 21-24-də Rostovda həvəskarlar,
iyunun 6-12-dəpeşəkarlar arasında Mançesterdə keçiriləcək
Avropa çempionatlarına, həmçinin avqustda Novosibirskdə təşkil olunacaq dünya
çempionatına hazırlıq xarakteri daşıyırdı.