Taekvondo üzrə uşaq və yeniyetmə idmançılar arasında
“Qəbələ İdman Klubu”nun açıq birinciliyi keçirilib. Qəbələ rayonunda təşkil
olunan və iki gün davam edən yarışda respublikanın müxtəlif bölgələrindən 457
idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun taekvondoçusu (Ağsu İdman
Kompleksi) Vaqif Hacıyev (33 kq) 2005-2006-cı illər təvəllüdlü oğlanlar
arasında bürünc medala layiq görülüb.