“Şüa” İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında
keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb. Yarışda
ölkənin müxtəlif bölgələrindən 102 idmançı (68 oğlan, 34 qız) bacarığını
nümayiş etdirib.2001-ci il təvəllüdlü və daha
aşağı yaşlı idmançıların şəxsi yarışında “Neftçi İdman Klubu”nun
tennisçilərindən Zemfira Mikayılova qızlar arasında bürünc medal qazanıb.
Qızların qoşa yarışında Zemfira Mikayılova – Aytac Qasımova cütlüyü 3-cü,
qarışıq-qoşa yarışmasında isə Zemfira Mikayılova və İbrahim Ansaridən ibarət
cütlük 2-ci yeri tutub.