Bolqarıstanın Ruse şəhərində keçirilən güləş üzrə U-23
Avropa çempionatı davam edir. Artıq yunan-Roma güləşçilərinin yarışına yekun
vurulub.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində
yer almış yunan-Roma güləşçilərindən59 kq çəki
dərəcəsində mübarizə aparan Murad Məmmədov yalnız final qarşılaşmasından məğlub
ayrılıb və gümüş medala layiq görülüb. Ruhin Mikayılov (71 kq) isə qitə çempionatını
3-cü yerdə başa vurub.Klubun digər yetirmələri Elman Muxtarov (66 kq), İslam
Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) isə medal qazanmağa çox yaxın olsalar
da, sonda buna nail ola bilməyiblər.