Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər
arasında keçirilən Avropa çempionatı davam edir. Yunan-Roma güləşçilərinin
ardınca meydana qadın güləşçilər çıxıb.”Neftçi İdman Klubu”nun yetirməsi, 55 kq çəki dərəcəsində
mübarizə aparan Almaz İsmayılova qitə çempionatının bürünc medalına sahib
çıxıb.Xatırladaq ki, yarışın ilk iki günündə klubumuzun
yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71
kq) isə bürünc medala yiyələnmişdi.