“Neftçi İdman Klubu”nun paralimpiyaçı cüdoçusu İlham Zəkiyev
Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək “Bakı-2015”in qızıl
medalını qazanıb.Bununla da Azərbaycan milli komandası Avropa Oyunlarında
18-ci qızıl medalı əldə edib.İlham Zəkiyevin mübarizəsini prezident İlham Əliyev və
ailə üzvləri arenadan izləyiblər.Medalı İlham Zəkiyevə dövlət başçısı təqdim edib.İlham Zəkiyev ikiqat Paralimpiya və dünya, beşqat Avropa
çempionudur. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis
etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.İlham Zəkiyev hərbi xidmətdə yaralandıqdan sonra görmə
qabiliyyətini itirib.Yenidən idmana qayıdan gənc “Afina-2004” və “Pekin-2008”
Yay Paralimpiya Oyunlarının qalibidir.