Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən
yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını
açıqlayıb.Yeni reytinq cədvəlini “Neftçi İdman Klubu”nun
güləşçiləri üçün uğurlu hesab etmək olar. Belə ki, son dünya çempionatının
qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, gümüş medalçı
Rövşən Bayramov (59 kq) isə ikinci sırada qərarlaşıb. Onluğa daxil olan
idmançılarımızdan Həsən Əliyev (66 kq) 9-cu, Elvin Mürsəliyev (75 kq) isə 8-ci
pillədədir. İlk iyirmilikdə daha iki idmançımız yer alıb:
Orxan Nuriyev (98 kq) 15-ci, İslam Abbasov (85 kq) isə 20-ci sırada.