Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən
yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını
açıqlayıb.”Neftçi İdman Klubu”nun yetirməsi, ikiqat dünya
çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev (61 kq) öz
çəkisində mövqeyini qorumağı bacarıb və yenə də birincidir. Digər güləşçimiz,
reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışToğrul Əsgərovun
(65 kq) da mövqeyində dəyişiklik olmayıb.