“Neftçi İdman Klubu”nun qılıncoynadanı Sabina Mikina
bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya
qazanıb. İdmançımız bu nailiyyətə Çexiyanın paytaxtı Praqada təşkil olunan
Avropa Təsnifat turnirində imza atıb. O, Böyük Britaniya təmsilçisi Katerin
Kemp (15:9), almaniyalı Anna Limbax (15:8) və bolqarıstanlı Palina Kaspyaroviç
(15:11) üzərində parlaq qələbə qazanaraq yarışın qalibi olub. Bununla da,Mikina turnirin qalibi üçün nəzərdə tutulan lisenziyaya
sahib çıxıb. Bu, ölkəmizin qılıncoynatmada ilk lisenziyası olub.Xatırladaq ki, Sabina Mikina adrıcıl ikinci dəfə
olimpiadada iştirak hüququ qazanır. Klubun yetirməsi 2012-ci il London Yay
Olimpiya Oyunlarında ikinci qarşılaşmasında ukraynalı Olimpiya, dünya və Avropa
çempionu, eləcə də ötən il Bakı-2015 ilk Avropa Oyunlarının qalibi olmuş Olqa
Xarlana məğlub olaraq mübarizəni dayandırıb.