Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən cüdo
üzrə gənclər arasında Avropa Kuboku yarışına yekun vurulub. 22 ölkədən 346
idmançının mübarizə apardığı turnirə Azərbaycan yığması 21 cüdoçu ilə qatılıb.Kubok yarışında ölkəmizə yeganə medalı “Neftçi İdman
Klubu”nun gənc cüdoçusu Natiq Qurbanlı (55 kq) qazandırıb. O, finala gedən
yolda Fransa, Braziliya və Gürcüstan təmsilçilərini məğlubiyyətə uğradıb.
Həlledici final qarşılaşmasında isə cüdoçumuz yerli idmançı Damir Meremovaqalib gəlib və qızıl medala yiyələnib.