Bakı Atıcılıq Mərkəzində yeniyetmələr və gənclər
arasında keçirilən güllə atıcılığı üzrə respublika birinciliyində klubumuzun
idmançıları da bacarıqlarını nümayiş etdiriblər. Güllə atıcılarımız 4-ü qızıl,
1-i gümüş və 2-si bürünc olmaqla, ölkə birinciliyinin 7 medalına sahib olublar.
Onlardan Elvin Astanov pnevmatik tapançadan 10 metr və kiçik çaplı tapançadan
50 metrməsafəyə atəşaçma yarışlarının hər birində qızıl
medala yiyələnib. Mahmud Hüseynli isə pnevmatik tapançadan 10 metrə
çalışmalarda 3-cü yeri tutub. Qızlar arasında təşkil olunan yarışlarda Zeynəb
Abbasova 10 metrdə (PTÇ-2), Leyla Mirzəzadə isə 25 metrdə (KÇTÇ) Azərbaycan
çempionluğuna seviniblər. Pnevmatik tapançadan 10 metr məsafəyə çalışmalarda
Fatimə Novruzova gümüş, Ülviyyə Eyvazova isə bürünc medala layiq görülüb.