Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular
arasında Avropa Kuboku yarışı başa çatıb. Turnirdə 29 ölkədən 736 idmançı qalib
adı uğrunda yarışıb.Azərbaycanın yığma komandası qitə kubokunda 26 cüdoçu
(20 oğlan, 6 qız) ilə təmsil olunub. Yarışda uğurla çıxış edən Azərbaycan
millisi 10 medala (4 qızıl, 2 gümüş, 4 bürünc) sahib olub və komanda hesabında
Avropa Kubokunun qalibi adını qazanıb.Kubokun əldə olunmasında “Neftçi İdman Klubu”nun
cüdoçuları böyük pay sahibi olublar. Belə ki, yığma komandanın heyətində yer
almış idmançılarımızdan 55 kq çəkidə çıxış edən Əhməd
Yusifov və İbrahim Əliyev (60 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl
medallara layiq görülüblər.