Aprelin 19-da Azərbaycan Boks Federasiyasında startı
verilmiş açıq Bakı birinciliyi başa çatıb. 2002-2003-cü illər təvəllüdlü
boksçular arasında təşkil olunan yarışda paytaxt və bölgələrdən çoxsaylı
idmançılar 17 çəki dərəcəsi üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun dəri əlcək sahibləri paytaxt
birinciliyinin 2 qızıl, 3 gümüş və 4 bürünc medalına yiyələniblər.
Boksçularımızdan 50 kq çəkidə çıxış edən Elgün Sultanov və Seyran Həsənzadə (65
kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Bakı çempionluğunu bayram ediblər.
Ömər Cəfərov (38,5 kq), Ağa Cəfərov (76 kq), Cavid Əliyev (+76 kq) gümüş, Zabit
Əliyev (40 kq), Əli İsgəndərov (41,5 kq), Mirabbas Şavruqulu və Nazir
Abdullayev (hər ikisi 46 kq) isə bürünc medallara sahib olublar.