İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələr və
gənclər arasında keçirilən kikboksinq üzrə XXII Azərbaycan birinciliyi başa
çatıb.”Neftçi İdman Klubu”nun kikboksçuları 3-ü qızıl, 1-i
gümüş və 10-u bürünc olmaqla ümumilikdə yarışın 14 medalını qazanıblar. Medal
sayına görə bütün komandaları üstələyən idmançılarımız
liderliyə yüksəliblər.Yeniyetmələrdən Uğur Həsənzadə (81 kq), gənclərdən isə
Nəcməddin Məmmədzadə (57 kq) və Nəsimi Cəfərov (91 kq) bütün döyüşləri qələbə
ilə başa vurublar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.