Futbol üzrə Azərbaycan I Divizionunda 24-cü turun
oyunlarına start verilib. “Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində
Zaqatalanın eyniadlı klubunu qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ
Təlim-İdman Bazasının stadionunda keçirilən matç komandamızın 2:1 hesablı qələbəsi
ilə yekunlaşıb. 31-ci dəqiqədə rəqib Oruc Balaşlının qolu ilə irəli keçib.
Birinci hissənin sonunda (45+1) “Zaqatala”nın futbolçuları daha bir qol
vurublar (Elmir Sulxayev). Ancaq bu dəfə öz qapılarına. Fasilədən sonra
komandamız daha aktiv çıxışı ilə diqqət çəkib. Nəticədə 76-cı dəqiqədə Emin
Mustafayev qonaqları cəzalandırıb – 2:1.Bu qələbə sayəsində qazandığı xalların sayını 55-ə
çatdıran”Qaradağ Lökbatan” liderlik iddiasını davam
etdirir.