“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və
yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş
Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Yarışda Azərbaycan
idmançıları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Gürcüstan, Özbəkistan,
Qırğızıstan, Bolqarıstan, Belarus, İran və İraq pəhləvanları da qüvvələrini
sınayırlar. Artıq yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri mötəbər
turnirin 3 qızıl, 2 gümüş və 4 bürünc medalına sahib olublar. Yeniyetmələr
arasında Ülvi Qənizadə (69 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Ramil İsrailov (50 kq) gümüş, Murad Abbasov və Ədil Sadıqzadə (hər
ikisi 54 kq) isə yarışın bürünc medalına layiq görülüblər.Klubun gənc pəhləvanlarından Mikayıl Rəhmanov (60
kq) və İslam Abbasov (84 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq qızıl
medala yiyələniblər. Yalnız finalda məğlub olan Elton Vəzirzadə (85 kq) gümüş
medal əldə edib. Ziyad Zeynalovla (50 kq) Bəxtiyar Muradov (55 kq) isəturniri 3-cü yerdə başa vurublar.