“Neftçi İdman Klubu”nun cüdoçusu Elmar Qasımov Mərakeşin Rabat şəhərində keçirilən “World Masters” turnirində qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı həlledici görüşdə çexiyalı Lukas Krpaleki məğlub edib. Xatırladaq ki, turnirin ilk günündə daha iki cüdoçumuz medal qazanıb. 60 kq çəkidə yer alan Orxan Səfərov gümüş, 73 kq çəkidə yarışan Rüstəm Orucov isə bürünc medala sahib olub. Mərakeşdə Azərbaycana medal qazandıran hər üç cüdoçu “Neftçi İdman Klubu”nun üzvləridir.