Rusiyanın Orenburq şəhərində keçirilən cüdo üzrə Avropa kuboku başa
çatıb. Yarışda 19 ölkədən 261 idmançı qalib adı uğrunda mübarizələrə qoşulub.Mötəbər turnirdə 7 idmançı ilə təmsil olunan yığmamız yarışda böyük
uğura imza atıb. Belə ki, cüdoçularımız 4 medal qazanaraq kubok yarışında 2-ci
yeri tutublar.”Neftçi İdman Klubu”nun millinin heyətində yer almış cüdoçularından
Hidayət Heydərov (73 kq) və Zeym Kotsiyev (100 kq) bütün görüşləri
qələbə ilə başa vuraraq Avropa kubokunun qalibi adını qazanıblar. Klubun digər
yetirməsi Tural Səfquliyev (81 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.