Beynəlxalq səmti müəyyən etmə
günü münasibətilə dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil
olunub. Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşəbbüsü ilə keçirilən
yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250000 nəfərdən çox idmançının
start etməsiylə yeni dünya rekordunun müəyyən edilməsi və eləcə də bu idman
növünün gələcəkdə Olimpiya oyunları sırasına daxil olmağı hədəflədiyinin göstərilməsi
idi.Beynəlxalq səmti müəyyən etmə günü münasibətilə Azərbaycan
Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası yeni rekordun müəyyən edilməsinə
dəstək məqsədilə Velopark ərazisində yarış təşkil edib. Dörd kateqoriya üzrə
150-dən çox idmançının qatıldığı yarışda iştirakçılar müəyyən edilmiş məsafə
üzrə nəzarət məntəqələrində qeyd edilərək qələbə uğrunda mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun yarışda bacarığını nümayiş etdirəntəmsilçilərindən Yekaterina Yakovleva qadınlar arasında
liderliyə yüksəlib. Müslüm İmranlı isə kişilərin yarışında 2-ci olub. Yeniyetmələrdən
Maksim Baxoldin oğlanlar arasında 1-ci, Anna Belousova isə qızların yarışında
3-cü yeri tutub.