Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə
beynəlxalq turnirə yekun vurulub. Bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun
xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr
(2001-2002) mübarizə aparıblar.”Neftçi İdman Klubu” yarışda 9 cüdoçu ilə təmsil olunub. İdmançılarımızdan
üçü mükafatçılar arasında yer almağa müvəffəq olub. 50 kq çəkidə çıxış edən Sənan
Əhmədov rəqib tanımayaraq turnirin qalibi adını qazanıb. Namiq Mirzəliyevlə (42
kq) Nəriman Mirzəyev (50 kq) isə yalnız finalda məğlubiyyətə uğrayıblar və gümüş
medallara layiq görülüblər.