Rumıniyanın paytaxtı Buxarestdə kikboksun WKA
versiyası üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Yarışa 18 ölkədən
460 idmançı qatılıb.”Neftçi İdman Klubu”nun təmsilçisi, 60 kq çəki dərəcəsində
mübarizə aparan Eduard Məmmədov əzm və peşəkarlıq nümayiş etdirərək Avropa
çempionu adını qazanıb.Qeyd edək ki, bu, 22 qat dünya çempionunun Avropa
çempionatlarında qazandığı 7-ci qızıl medalıdır.