İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında atletika üzrə
Avropa çempionatı başa çatıb.”Neftçi İdman Klubu” İctimai Birliyinin atleti Nazim
Babayev üçtəkanla tullanmada 30 illik rekordu qıraraq (17.04 metr) qızıl medal
qazanıb. Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına
lisenziya qazanmış olub.Xatırladaq ki, 20 yaşlı atletimiz iyunun 22-də Bakıda keçirilən I
Avropa Oyunlarında da üçtəkanla tullanmada birinci olmuşdu.Qeyd edək ki, Babayev Şərqi Almaniyalı idmançı Volker Mainin 25
avqust 1985-ci ildə 16.93 metirlik rekordunu təzələyib.