Beynəlxalq Cüdo
Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Milli komandamızın heyətində yer
alan “Neftçi İdman Klubu”nun cüdoçuları Orxan Səfərov (60 kq) və Rüstəm
Orucov (73 kq) reytinq cədvəlində liderliyini qorumağı bacarıblar. Onlar öz çəkilərində
yenə də hamıdan öndədi. “Neftçi İdman Klubu”nun daha bir üzvü Elmar
Qasımov (100 kq) isə 2-ci yerdə gedir.Qeyd edək ki, cüdo idman növündə
Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.