Beynəlxalq Cüdo Federasiyası iyun ayı üçün reytinq cədvəlini
açıqlayıb.Yeni siyahını “Neftçi İdman Klubu”nun təmsilçiləri üçün uğurlu hesab
etmək olar. Artıq Rio de Janeyro Olimpiadasına lisenziyanı təmin edən Orxan Səfərov
3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 15-ci, Nicat Şıxəlizadə (66 kq) 9-cu,
Rüstəm Orucov (73 kq) 2-ci, Məmmədəli Mehdiyev (90 kq) 25-ci sıradadı. Elmar
Qasımov (100 kq) bu dəfə də öz çəkisinin lideri olmağı bacarıb. Onunla eyni çəkidə
çıxış edən dünya çempionumuz Elxan Məmmədov 18-ci yerdədi. Klubun digər
cüdoçusu Əbdülhəqq Rəsullu (81 kq) isə 62-ci pillədə yer alıb.Qeyd edək ki, cüdo idman növündə olimpidaya
lisenziya reytinq xalına əsasən verilir.