“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi müəssisələrinin
işçiləri və onların ailə üzvləri arasında növbəti dəfə “Atam, anam və mən”
idman-turizm yarışı keçirdi. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr
olunmuş yarış Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında gerçəkləşdi.
İyunun 10-dan 12-dək davam edən yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu,
“Azərkimya” İstehsalat Birliyi, “28 May” NQÇİ, “Neftqazelmitədqiqatlayihə”
İnstitutu və “Suraxanı Oyl” Əməliyyat Şirkətinin komandaları mübarizə aparırdılar.Ailə komandalarının yarışında oğlanlar arasında Xəlilovlar
ailəsi (“Azərkimya” İB) qalib adını qazandı. Zöhrabbəyovlar ailəsi (“28 May”
NQÇİ) 2-ci, Zeynalovlar ailəsi (“Azərkimya” İB) isə 3-cü yerə çıxdı. Qızlar
arasında liderliyə Tapdıqovlar ailəsi (“Azərkimya” İB) yüksəldi. Rzayevlər ailəsi
(Heydər Əliyev adına NEZ) 2-ci, Baxışovlar ailəsi (“28 May” NQÇİ) isə 3-cü yeri
tutdu.”Neftçi İdman Klubu” “ən fəal turist”, “ən qocaman
turist” və “ən kiçik turist” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi.
Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Şəhla Məmmədova (“Neftqazelmitədqiqatlayihə”
İnstitutu), Ağamehdi Mehdiyev (“Suraxanı Oyl”) və Əli Mehdiyev (“Suraxanı Oyl”)
layiq görüldülər.Yer tutmuş komandalara və nominasiya qaliblərinə
klub tərəfindən diplom və hədiyyələr təqdim olundu.