Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis
Federasiyasının birgə təşkilatçılığıyla keçirilən stolüstü tennis üzrə
respublika birinciliyinə yekun vurulub. “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil
olunan yarışda Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy , Qax və
Samuxdan olan tennisçilər bacarıqlarını nümayiş etdiriblər. 2004-cü il təvəllüdlü
və daha kiçik yaşlı yeniyetmələr arasında keçirilən turnirdə 91 idmançı (52
oğlan, 39 qız) iştirak edib.”Neftçi İdman Klubu”nun yetirməsi Zemfira Mikayılova respublika
birinciliyini ikinci yerdə başa vurub və yarışın gümüş medalına layiq görülüb.