Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında güləş üzrə Avropa
birinciliyi davam edir. Artıq yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.Qitə birinciliyinin ikinci günündə “Neftçi İdman Klubu”nun daha bir yunan-Roma
güləşçisi çempionluğa yüksəlib. 84 kq çəki dərəcəsində mübarizə aparan İslam
Abbasov finala qədər maneəsiz irəliləyib. Bu yolda o, yunanıstanlı Efstratios
Nikites, Almaniya idmançısı Arian Queney və xorvatiyalı İvan Hukleki məğlubiyyətə
uğradıb. Həlledici final görüşündə isə güləşçimizin rəqibi Türkiyə təmsilçisi
Ali Cengiz olub. Bu qarşılaşmanı da qalibiyyətlə başa vuran İslam Abbasov
Avropa birinciliyinin qızıl medalına yiyələnib. Bununla da o, gənclərin Avropa
birinciliyində üçüncü qızıl medalını qazanıb.Xatırladaq ki, yarışın birinci günündə klubumuzun daha bir yetirməsi
Mikayıl Rəhmanov (60 kq) da qitə birinciliyinin qızıl medalına sahib olmuşdu.Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız
komanda hesabında Gürcüstan və Rusiyadan sonra 3-cü olub.