Respublika Şahmat Mərkəzində 100 xanalıq dama üzrə gənclər və qızlar
arasında ölkə birinciliyinə yekun vurulub.Dairəvi sistem üzrə keçirilən yarışda “Neftçi İdman Klubu”nun
damaçıları da bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimizdən Ülkər
Babanlı 13 yaşa qədər qızlar arasında 18 mümkün xalın hamısını toplayaraq Azərbaycan
çempionu olub. 10 yaşa qədər qızlar arasında mübarizə aparan Aysu Kərimli 20
mümkün xaldan 17-ni toplayıb və gümüş medala layiq görülüb. 22 mümkün xaldan
17-ni toplayan Yusif Rəhimli isə 10 yaşa qədər oğlanlar arasında 3-cü olub.Qeyd edək ki, yarışın qalibləri avqustun 1-dən 7-dək Belarusun Pinsk
şəhərində keçiriləcək Avropa birinciliyindəvə noyabrın
11-21-də Türkiyənin İzmir şəhərində təşkil olunacaq dünya birinciliyində
iştirak etmək hüququ qazanıblar.