Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında güləş üzrə
Avropa birinciliyi başa çatıb.”Neftçi İdman Klubu”nun sərbəst güləşçiləri yunan-Roma güləşçilərimizin
qazandıqları uğuru əzmlə davam etdiriblər. Belə ki, 74 kq çəki dərəcəsində
mübarizə aparan Murad Süleymanov bütün rəqiblərini məğlub edərək Avropa
çempionu titulunu qazanıb. Əliabbas Rzazadə (50 kq) və Mahir Əmiraslanov (55
kq) isə qitə birinciliyinin bürünc medallarına sahib olublar.Xatırladaq ki, yarışın ilk günlərində mübarizə aparmış yunan-Roma güləşçilərimizdən
Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) da Avropa birinciliyinin
qızıl medalına yiyələnmişdilər.