Ukraynanın Çerkassışəhərində karateçilər
arasında 5-ci WJKA Avropa çempionatı keçirilib. Yarışda 25 ölkənin idmançıları
qüvvələrini sınayıblar.Ölkəmiz çempionatda 10 karateçi ilə təmsil olunub ki, onlardan da 5-i
“Neftçi İdman Klubu”nun yetirmələridir. Klubumuzun idmançıları yarışın 3 qızıl
və 1 bürünc medalını qazanıblar. Onlardan Sədi Namazov (21-39 yaş) kata
yarışlarında rəqib tanımayaraq Avropa çempionluğuna yüksəlib. Eyni yaş qrupunda
mübarizə aparan Emin Məmmədov kumite növündə qızıl, Araz Babayev isə bürünc
medala sahib olub. Digər karateçimiz Röyal Haqverdiyev isə 16-17 yaşlı
idmançıların kumite yarışında liderliyə yüksəlib.