Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa
birinciliyində güclərini sınayıblar. Qitə birinciliyində yarışan yığmamızın tərkibində
“Neftçi İdman Klubu”nun gənc cüdoçuları da yer almışlar. Azərbaycan idmançıları
qitənin bu möhtəşəm yarışında 2 qızıl və 1 bürünc medala sahib olublar.Klubumuzun yetirməsi 55 kq-da çıxış edən Əhməd Yusifov ardıcıl olaraq
Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus idmançılarını məğlub edərək
Avropa çempionu adına layiq görülüb və qızıl medalı
boynuna asaraq üçrəngli bayrağımızı yüksəklərə qaldırıb və himnimizi arenada səsləndirərək
bütün tamaşaçıları ayağa qaldırıb.