Almaniyanın Dortmund şəhərində sərbəst güləşçilərimiz Qran-pri
turnirində qazandıqlarıuğurlarla yığma komandaya qələbələr
bəxş etməkdədilər. Belə ki, turnirin ikinci start günündə 57, 61, 70 və 125 kq
çəkidə sərbəst güləşçilərimiz yarışıb. Olimpiya çempionumuz Toğrul Əsgərov (65
kq), dünya çempionu Hacı Əliyev (61 kq) yarış zamanı bütün rəqiblərinə öz güclərini
göstərmiş, məğlubiyyət acısı dadmadan turnirin qalibi olmuşlar.Toğrul Əsgərov ¼ finaldan başlayaraq Türkiyə və Almaniya pəhləvanlarını
geridə qoyaraq finala vəsiqə almışdır. Finalda ABŞ təmsilçisi Molinaroya da
qalib gələrək Qran-prinin qızıl medalını boynundan asmışdır. Digər idmançımız
57 kq çəkidə çıxış edən güləşçimiz Mircəlal Həsənzadə də mübarizəyə dörddəbir
finaldan başlayıb və Almaniyanın iki pəhləvanını məğlub edib. Yalnız finalda rəqibi
ABŞ idmançısı Denis Danielə uduzaraq kürsünün ikinci pilləsinə qalxıb və gümüş
medala layiq görülüb.