Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışı sona
çatıb. Yığmamız mötəbər turnirdə uğurla çıxış edərək 4 medala sahib olublar.
Biri qızıl və üçü bürünc olan medallarda “Neftçi İdman Klubu”nun yetirmələri də
pay sahibidirlər. İdmançılarımız Qran-prinin bir qızıl və bir bürünc medalına
sahib olublar. Bu yarışda idmançılarımızdan Zelim Kotsayev (100 kq) mübarizəyə
¼ finaldan başlayıb və bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Kotsayev yerli idmançı Xanqal Odbaatara qalib gələrək yarımfinala vəsiqəni təsdiq
edib. Yarımfinalda tatamiyə çıxan idmançımız o Qran-pri sahibi olan
monqolustanlı idmançı Ambaselmaa Bayarsayxan üzərində qələbə qazanıb.Kotsayevin finalda, həlledici görüşündə isə yenidən yerli tatami
ustası İsdorj Daşdulama olub. Gərgin keçən bu qarşılaşmada “Neftçi İdman
Klubu”nun yetirməsi rəqibinə heç bir imkan vermədən xalları öz hesabına
yazdırıb və Qran-prinin qızıl medalına sahibolub.Digər idmançımız Davud Məmmədsoy (60 kq) isə yarışı bürünc medalla
başa vurub.