İyulun 9-10-da kişilər və qadınlar arasında çimərlik voleybolu üzrə
Azərbaycan çempionatı keçirilib.Pirşağı qəsəbəsində yerləşən “Həyat” İstirahət Mərkəzində təşkil
olunan yarışda “Neftçi İdman Klubu”nun kişilərdən ibarət komandası da mübarizə
aparıb. 12 komandanın yarışdığı çempionatda voleybolçularımız böyük əzmkarlıq
nümayiş etdiriblər və çempion adını qazanıblar. Dairəvi sistemlə keçirilən
yarışda komandamız4 oyundan qalib ayrılıb və yarımfinala
yüksəlib. Bu mərhələdə “FHN-2” kollektivini 2:0 hesabı ilə məğlub edən “Neftçi
İdman Klubu”, həlledici final qarşılaşmasında “FHN-1” komandasına eyni hesabla
qalib gəlib və liderliyə yüksəlib.