Rusiyanın Tümen şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun
vurulub. 25 ölkədən 124 idmançının (73 kişi, 51 qadın) qatıldığı yarışda Azərbaycan
millisi 10 cüdoçu ilə təmsil olunub.Yığma komandamız “Böyük dəbilqə”nin 2 medalına yiyələnib ki, onların
da hər ikisi “Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Cüdoçularımızdan
60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk görüşdə özbəkistanlı
Doniyor Sultanbəy üzərində qələbə qazansa da, yarımfinalda Rusiya təmsilçisi
Albert Oğuzova məğlub olub və bürünc medal uğrunda mübarizəyə qoşulub. Növbəti
rəqibi də yerli idmançı Sayan Kertek olan Müşkiyev bu dəfə qarşılaşmanı
qalibiyyətlə başa vurub və “Böyük dəbilqə” turnirinin bürünc medalına layiq
görülüb.Klubumuzun eyni çəkidə mübarizə aparandigər təmsilçisi
Davud Məmmədsoy da eyni uğura imza atıb. O, ilk qarşılaşmasında rusiyalı Albert
Oğuzova məğlub olub. Təsəlliverici görüşdə Özbəkistan cüdoçusu Doniyor Sultanbəy
üzərində qələbə qazanan idmançımız bürünc medal uğrunda görüşdə meydan sahibi
Dmitri Kulikovu məğlub edib və turniri 3-cü pillədə başa vurub.